Özbəkistanın Fərqanə Dövlət Universitetinin əməkdaşları BDU-da pedaqoji təcrübə proqramında iştirak ediblər

12/05/2026

Bakı Dövlət Universiteti (BDU) ilə Özbəkistan Respublikasının Fərqanə Dövlət Universiteti arasında mövcud əməkdaşlıq çərçivəsində adıçəkilən universitetin bir qrup əməkdaşı Tarix, Sosial elmlər və psixologiya, Filologiya fakültələrində pedaqoji təcrübə proqramında iştirak edib.

Təcrübə proqramının əsas məqsədi beynəlxalq akademik mübadiləni gücləndirmək, iştirakçıların nəzəri biliklərini praktik mühitdə tətbiq etmələrinə şərait yaratmaq, elmi-pedaqoji bacarıqlarını inkişaf etdirmək olub.

Proqram çərçivəsində özbək qonaqlar fakültələrdə tədris prosesinə cəlb olunublar. Onlar müxtəlif istiqamətləri əhatə edən mühazirələrdə iştirak edib, seminar və məşğələ dərslərində aktiv müzakirələr aparıblar. Bununla yanaşı, iştirakçılara Azərbaycanın ali təhsil sistemi, BDU-da həyata keçirilən elmi-tədqiqat istiqamətləri, fakültələrin elmi fəaliyyəti barədə ətraflı məlumat verilib. Qonaqlar fakültələrin maddi-texniki bazası və tədris metodikası ilə də yaxından tanış olublar.

Yekun görüşdə iştirakçılarla fikir mübadiləsi aparılıb, onların təcrübə müddətində qazandıqları bilik və təəssüratlar dinlənilib. Sonda proqramı uğurla başa vuran əməkdaşlara sertifikatlar təqdim olunub.

Xəbərlər

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək

BDU-nun professor-müəllim heyəti üçün “Süni intellekt müəllimin köməkçisi kimi” mövzusunda təlim keçiriləcək
02/10/2026

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim

BDU-da elmi resurslardan səmərəli istifadə və elmi nəşrlərin beynəlxalq təsirinin artırılması üzrə təlim
02/10/2026

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub

BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
02/10/2026