Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun professoru BDU-da ustad dərsi keçib

21/11/2022
Özbəkistanın Kokand Dövlət Pedaqoji İnstitutunun professoru Zeba Qabilova Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçıları və tələbələri üçün “Elektron informasiya resurslarının yaradılması və idarə edilməsi” mövzusunda ustad dərsi keçib.
Mühazirədə əvvəlcə informasiya resursları, informasiya sistemləri, informasiya məkanı, informasiya istifadəçiləri və s. bu kimi anlayışlar izah edilib, elektron informasiya resurslarının müxtəlif seqmentləri barədə məlumat verilib. Elektron resursların informasiya məkanında aparıcı vasitəyə çevrildiyi, müasir dövrdə informasiya tələbatının ödənilməsində mühüm rola malik olduğu qeyd olunub. Elektron resursların dünya informasiya məkanına inteqrasiyada mühüm əhəmiyyət daşıdığını vurğulayan natiq burada təqdim olunan məlumatların uzunmüddətli və yüksək etibarlılıqla saxlanılmasının, elektron platformalarda peşəkar axtarış sistemlərinin yaradılmasının, annotasiya, çıxarış və açar sözlərin verilməsinin, həmçinin multimedia komponentlərinin yer almasının vacibliyini vurğulayıb. Elektron kitab, elektron kitabxana, elektron kataloq, elektron kitab ticarəti kimi anlayışları şərh edən professor müasir dünyada  informasiyanın məzmunu ilə yanaşı, onun təqdim olunma formasının vacibliyini də diqqətə çatdırıb. Elektron informasiya resurslarının məşhurlaşmasında sosial medianın rolunu xüsusi qeyd edib. Mühazirədə bütün bu proseslərin uğurla həyata keçirilməsinin hər bir ölkədə informasiya-kommunikasiya infrastrukturunun davamlı inkişafı, eyni zamanda bu sahə üzrə peşəkar kadr hazırlığı ilə bilavasitə bağlı olduğu bildirilib.
Dərs zamanı professor Zeba Qabilovanın rəhbərliyi ilə Kokand Dövlət Pedaqoji İnstitutunun əməkdaşları tərəfindən hazırlanmış Kokand ədəbi mühitinə dair elektron platforma təqdim edilib. Ustad dərsi auditoriya tərəfindən maraqla dinlənilib, professor Zeba Qabilova dinləyicilərin mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb, məruzə ilə bağlı diskussiya aparılıb.
Xəbərlər

BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir

BDU-nun kafedralarında boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edilir
05/02/2025

BDU-da qış imtahan sessiyası başa çatıb

BDU-da qış imtahan sessiyası başa çatıb
05/02/2025

Gənc alim: BDU-da başladığım tədqiqatları İtaliyanın Milli Nüvə Fizikası İnstitutunda davam etdirdim - MÜSAHİBƏ

BDU-nun  “İlin gənc alimi” müsabiqəsində təbiət, dəqiq və texnika elmləri üzrə ən yüksək nəticəni Nanomaterialların kimyəvi fizikası kafedrasının baş müəllimi, fizika üzrə fəlsəfə doktoru Lalə Qəhrəmanlı göstərib
05/02/2025