Özbəkistanın Turin Politexnik Universitetinin professoru BDU-da ustad dərsi keçib

30/09/2022

Bakı Dövlət Universitetində Özbəkistanın Turin Politexnik Universitetinin professoru Davron Matrasulov “Kvant elmindən kvant texnologiyalarına” (“From quantum science to quantum technologies”) mövzusunda ustad dərsi keçib.  
Məruzəçi kvant elmi və texnologiyasının müasir inkişafı və problemlərinə toxunaraq klassik və kvant ölçüləri, hissəciyin vəziyyətinin təyini ilə bağlı klassik və kvant təsəvvürlər, onların təsvir formaları, kvant paradokslar, hərəkətin əsas tənlikləri haqqında danışıb. Ustad dərsində kvant sensorlar, kvant metrologiyası, kvant kriptoqrafiyası, kvant kompüterləri, təkfotonlu kvant hesablaması, kvant informasiyalarının kvant şəbəkəsi, şəbəkədə hissəciklərin tənliklərinin kvant qrafları vasitəsi ilə ifadə olunması, həqiqi xətt üzərində şəffaf sərhəd şərtlərinin qurulması və bu kimi digər maraqlı faktlar iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, klassik kompüterlərin milyon ildə görə biləcəyi işi kvant kompüterləri saniyələr içində edə bildiyindən kvant texnologiyası ilə yeni dövrə keçid baş verir.
Davron Matrasulovun məruzəsi BDU əməkdaşları və tədqiqatçıları tərəfindən maraqla qarşılanıb, məruzəçi iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Xəbərlər

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam

2025–2026-cı tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam
04/10/2025

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb

BDU-nun 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb
04/10/2025

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub

BDU-nun şəhid məzunları Ceyhun Şalıyev və Manaf Bəhmənlinin məzarları ziyarət olunub
03/10/2025