Özbəkistanın Urgənc Dövlət Universitetinin professoru BDU-da mühazirə deyib

13/12/2022

Özbəkistanın Urgənc Dövlət Universitetinin professoru Dilşad Qayıbov Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin professor-müəllim heyəti, gənc tədqiqatçıları və tələbələri üçün “Xarəzm təzkirələri” mövzusunda mühazirə deyib.

Mühazirədə biblioqrafik fəaliyyətin inkişafında yeni mərhələ kimi qiymətləndirilən təzkirə janrının meydana gəlməsi, formalaşması və inkişafından bəhs olunub. Bildirilib ki, təzkirələr biblioqrafik informasiyanın əsas daşıyıcılarından biri kimi orta əsrlərdən başlayaraq böyük bir tarixi yol keçib. Professor Dilşad Qayıbov klassik irsin toplanması, ayrı-ayrı şəxslər haqqında müxtəlif xarakterli məlumatların sistemli, ardıcıl şəkildə qorunub saxlanılması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından təzkirələrin biblioqrafik informasiya daşıyıcısı kimi mühüm əhəmiyyətini qeyd edib. Dünya təzkirəçiliyində Xarəzm təzkirələri önəmli yer tutur. Əks etdirdikləri məlumatların dolğunluğu, əhatəliliyi, müəyyən mövzularla bağlı ilkin və etibarlı mənbə funksiyası daşımağı ilə Xarəzm təzkirələri bu gün də mühüm elmi əhəmiyyətini saxlayır. Türk tarixinin, türk dünyasının ədəbi-mədəni mühitinin tədqiqi baxımından mühüm qaynaqlardan birinin məhz təzkirələr olduğunu vurğulayan alim Xarəzmdə təzkirəçilik ənənələri, Xarəzm təzkirə məktəbinin  nümayəndələri barədə iştirakçılara geniş məlumat verib.

Professor Dilşad Qayıbovun mühazirəsi auditoriya tərəfindən maraqla dinlənilib, alim dinləyicilərin çoxsaylı suallarını cavablandırıb.

Xəbərlər

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib

BDU-da Qazaxıstanın məşhur “Turan” ansamblının mühazirə-konserti keçirilib
16/05/2026

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir

BDU və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə “Bakı Şəhərsalma Həftəsi 2026” çərçivəsində beynəlxalq konfrans keçirilir
15/05/2026

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

BDU ilə Azərbaycan Memarlıq və İnşaat Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
15/05/2026