“Zəfər kuboku” turnirinin üçüncüsü olan BDU-nun futzal komandası ilə görüş keçirilib

08/02/2022

Bakı Dövlət Universitetində (BDU) ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Zəfər Günü” nə həsr edilmiş futzal yarışlarında üçüncü yeri qazanan BDU komandası ilə görüş keçirilib.

Görüşdə çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev komanda üzvlərini qazanılan qələbə münasibətilə təbrik edib, 33 ali və orta ixtisas təhsil müsəssisəsi arasında keçirilən və “Zəfər Günü” nə həsr olunmuş turnirin əhəmiyyətini vurğulayıb. Prorektor BDU-da idman və tələbələrin fiziki hazırlığı, tələbələrin əldə etdiyi idman uğurları haqqında danışıb, komanda üzvlərinə gələcək yarışlarda uğurlar arzulayıb. Daha sonra çıxış edənlər, İdman-sağlamlıq Mərkəzinin direktor müavini Akif Atakişiyev, məşqçi Cavid Rəhimov və komandanın kapitanı Ədalət Qafarlı göstərilən diqqətə və yaradılan şəraitə görə Universitet rəhbərliyinə təşəkkürlərini bildirib, bundan sonrakı yarışlarda da uğurla iştirak edəcəklərini və Universitetin adını daim uca tutacaqlarını ifadə ediblər.

Sonda xatirə şəkli çəkilib, komanda üzvlərinə hədiyyələr təqdim olunub.

Xəbərlər

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb

BDU-nun IELTS imtahanında yüksək bal toplayan 112 müəllim və tələbəsinin xərcləri qarşılanıb
30/10/2026

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”

BDU-da təlim: “Karyera məqsədlərinin təyin edilməsi”
30/10/2026

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib

BDU-da Ümumdünya Şəhərlər Gününə həsr olunmuş panel müzakirə keçirilib
30/10/2026