"Zəfər marşı" musiqisi

27/09/2020

Bu gün Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli yüksəkliklər işğaldan azad olunub. Ordumuzun apardığı döyüşlər nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdulrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri düşmən tapdağından azad edilib. Ağdərə rayonu istiqamətində və Murov dağı silsiləsindəki hündürlüklərdə yerləşən düşmən postları darmadağın edilərək bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.
Bu münasibətlə Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-yaradıcılıq Mərkəzi və BDU TV-nin birgə hazırladığı "Zəfər marşı" musiqisini təqdim edirik.
Mərkəzin direktoru, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədlinin rəhbərliyi ilə hazırlanan musiqi mərkəzin solistləri Rəqsanə Əsədova və Aslan Əzimzadənin ifasında səsləndirilib.

 

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026