“Zəfər yolu” verilişinin altıncı buraxılışı

02/10/2021

Bakı Dövlət Universitetinin Mədəniyyət-Yaradıcılıq Mərkəzi və Jurnalistika fakültəsinin tədris tele-radio studiyası Vətən müharibəsinin ildönümünə həsr olunmuş birgə “Zəfər yolu” layihəsinə start verib.

Layihə 27 sentyabr - Anım Günündən 8 noyabr - Zəfər Gününə qədər davam edəcək. Proqramlarda Vətən savaşında iştirak edən döyüşçülər müharibə zamanı döyüş əməliyyatları, düşmənin təslim olması, torpaqların işğal altından azad olunması ilə bağlı döyüş xatirələrini izləyicilərlə bölüşəcək.

Layihənin ideya müəllifi Mərkəzin rejissoru Vahid Orucoğludur. “Zəfər yolu” proqramı Nigar Qayyumun aparıcılığı ilə təqdim olunacaq. Proqramın buraxılışları BDU TV-də yayımlanacaq. Layihə çərçivəsində 44 veriliş təqdim olunacaq.

Layihənin altıncı verilişində - II Qarabağ müharibəsi iştirakçısı Zülfüqar Qasımov keçdiyi döyüş yolundan bəhs edib.

“Zəfər yolu” verilişinin altıncı buraxılışını sizə təqdim edirik: https://www.youtube.com/watch?v=ZxaDOyON-lQ

Xəbərlər

BDU-da elmi seminar: “Azərbaycan Respublikası Cənubi Qafqazda sülhün əsas təminatçısıdır”  

BDU-da elmi seminar: “Azərbaycan Respublikası Cənubi Qafqazda sülhün əsas təminatçısıdır”
29/04/2026

BDU-da tədqiqatçılar üçün “LeapSpace” rəqəmsal platformasına həsr olunmuş ixtisaslaşmış təlim

BDU-da tədqiqatçılar üçün “LeapSpace” rəqəmsal platformasına həsr olunmuş ixtisaslaşmış təlim
29/04/2026

Audiovizual Şura BDU-da mediada uşaq hüquqlarının qorunmasına dair maarifləndirici təlim təşkil edib

Audiovizual Şura BDU-da mediada uşaq hüquqlarının qorunmasına dair maarifləndirici təlim təşkil edib
29/04/2026