“Zəfər yolu” verilişinin iyirmi yeddinci buraxılışı

23/10/2021

Bakı Dövlət Universitetinin Mədəniyyət-Yaradıcılıq Mərkəzi və Jurnalistika fakültəsinin tədris tele-radio studiyası Vətən müharibəsinin ildönümünə həsr olunmuş birgə “Zəfər yolu” layihəsinə start verib.
Layihə 27 sentyabr - Anım Günündən 8 noyabr - Zəfər Gününə qədər davam edəcək. Proqramlarda Vətən savaşında iştirak edən döyüşçülər müharibə zamanı döyüş əməliyyatları, düşmənin təslim olması, torpaqların işğal altından azad olunması ilə bağlı döyüş xatirələrini izləyicilərlə bölüşəcək.
Layihənin ideya müəllifi Mərkəzin rejissoru Vahid Orucoğludur. “Zəfər yolu” proqramı Nigar Qayyumun aparıcılığı ilə təqdim olunacaq. Proqramın buraxılışları BDU TV-də yayımlanacaq. Layihə çərçivəsində 44 veriliş təqdim olunacaq.
Layihənin iyirmi yeddinci verilişində - II Qarabağ müharibəsi iştirakçısı Süpay Məmmədov keçdiyi döyüş yolundan bəhs edib.
“Zəfər yolu” verilişinin yeddinci buraxılışını sizə təqdim edirik: https://www.youtube.com/watch

Xəbərlər

BDU-da biologiyada süni intellektin tətbiqinə dair elmi seminar keçirilib

BDU-da biologiyada süni intellektin tətbiqinə dair elmi seminar keçirilib
25/12/2025

BDU Türkiyənin daha bir universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

BDU Türkiyənin daha bir universiteti ilə əməkdaşlıq müqaviləsi imzalayıb
25/12/2025

BDU-da professor Abuzər Xələfovun elmi irsinə həsr olunmuş seminar

BDU-da professor Abuzər Xələfovun elmi irsinə həsr olunmuş seminar
25/12/2025