“Zəfər yolu” verilişinin on doqquzuncu buraxılışı

15/10/2021

Bakı Dövlət Universitetinin Mədəniyyət-Yaradıcılıq Mərkəzi və Jurnalistika fakültəsinin tədris tele-radio studiyası Vətən müharibəsinin ildönümünə həsr olunmuş birgə “Zəfər yolu” layihəsinə start verib.
Layihə 27 sentyabr - Anım Günündən 8 noyabr - Zəfər Gününə qədər davam edəcək. Proqramlarda Vətən savaşında iştirak edən döyüşçülər müharibə zamanı döyüş əməliyyatları, düşmənin təslim olması, torpaqların işğal altından azad olunması ilə bağlı döyüş xatirələrini izləyicilərlə bölüşəcək.
Layihənin ideya müəllifi Mərkəzin rejissoru Vahid Orucoğludur. “Zəfər yolu” proqramı Nigar Qayyumun aparıcılığı ilə təqdim olunacaq. Proqramın buraxılışları BDU TV-də yayımlanacaq. Layihə çərçivəsində 44 veriliş təqdim olunacaq.
Layihənin on doqquzuncu verilişində - II Qarabağ müharibəsi iştirakçısı Kərim Şərifov keçdiyi döyüş yolundan bəhs edib.
“Zəfər yolu” verilişinin on doqquzuncu buraxılışını sizə təqdim edirik: https://www.youtube.com/watch

 

Xəbərlər

“GeoCamp” Tələbə yay düşərgəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilə görüş

“GeoCamp” Tələbə yay düşərgəsində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilə görüş
31/08/2026

BDU-ya qəbul olunanların 504 nəfəri 600-dən yuxarı bal toplayıb

BDU-ya qəbul olunanların 504 nəfəri 600-dən yuxarı bal toplayıb
31/08/2026

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları

BDU-nun həmtəşkilatçılığı ilə keçirilən "GeoCamp" Tələbə yay düşərgəsinin təlim sessiyaları
31/08/2026