“Zəfər yolu” verilişinin on ikinci buraxılışı

08/10/2021

Bakı Dövlət Universitetinin Mədəniyyət-Yaradıcılıq Mərkəzi və Jurnalistika fakültəsinin tədris tele-radio studiyası Vətən müharibəsinin ildönümünə həsr olunmuş birgə “Zəfər yolu” layihəsinə start verib.
Layihə 27 sentyabr - Anım Günündən 8 noyabr - Zəfər Gününə qədər davam edəcək. Proqramlarda Vətən savaşında iştirak edən döyüşçülər müharibə zamanı döyüş əməliyyatları, düşmənin təslim olması, torpaqların işğal altından azad olunması ilə bağlı döyüş xatirələrini izləyicilərlə bölüşəcək.
Layihənin ideya müəllifi Mərkəzin rejissoru Vahid Orucoğludur. “Zəfər yolu” proqramı Nigar Qayyumun aparıcılığı ilə təqdim olunacaq. Proqramın buraxılışları BDU TV-də yayımlanacaq. Layihə çərçivəsində 44 veriliş təqdim olunacaq.
Layihənin on ikinci verilişində - II Qarabağ müharibəsi iştirakçısı Samir Atakişiyev keçdiyi döyüş yolundan bəhs edib.
“Zəfər yolu” verilişinin on ikinci buraxılışını sizə təqdim edirik: https://www.youtube.com/watch

Xəbərlər

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir

BDU-da “Xarıbülbül” rəsm sərgisi keçirilir
06/11/2026

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir

BDU-da “Zəfərin toponimik izləri” adlı tədbir
05/11/2026

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı

BDU tələbələri üçün Qazaxıstanın Astana Beynəlxalq Universitetində təhsil almaq imkanı
05/11/2026