“Zəfər yolu” verilişinin on yeddinci buraxılışı

13/10/2021

Bakı Dövlət Universitetinin Mədəniyyət-Yaradıcılıq Mərkəzi və Jurnalistika fakültəsinin tədris tele-radio studiyası Vətən müharibəsinin ildönümünə həsr olunmuş birgə “Zəfər yolu” layihəsinə start verib.
Layihə 27 sentyabr - Anım Günündən 8 noyabr - Zəfər Gününə qədər davam edəcək. Proqramlarda Vətən savaşında iştirak edən döyüşçülər müharibə zamanı döyüş əməliyyatları, düşmənin təslim olması, torpaqların işğal altından azad olunması ilə bağlı döyüş xatirələrini izləyicilərlə bölüşəcək.
Layihənin ideya müəllifi Mərkəzin rejissoru Vahid Orucoğludur. “Zəfər yolu” proqramı Nigar Qayyumun aparıcılığı ilə təqdim olunacaq. Proqramın buraxılışları BDU TV-də yayımlanacaq. Layihə çərçivəsində 44 veriliş təqdim olunacaq.
Layihənin on yeddinci verilişində - II Qarabağ müharibəsi iştirakçısı Vidadi Ağagülov keçdiyi döyüş yolundan bəhs edib.
“Zəfər yolu” verilişinin on yeddinci buraxılışını sizə təqdim edirik: https://www.youtube.com/watch

Xəbərlər

BDU-da ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir

BDU-da ixtisas fənni üzrə doktoranturaya qəbul imtahanları keçirilir
09/09/2025

BDU məzunu: “Dövlət proqramları gənclərə təhsil və elmi fəaliyyət sahəsində böyük dəstək verir”

Dövlət proqramları gənclərə imkan yaradır, gənclər isə bu imkanları zirvəyə çevirir
09/09/2025

BDU-nun həmtəşkilatçılığı ilə ilin ikinci Ay tutulması müşahidə edilib

BDU-nun həmtəşkilatçılığı ilə ilin ikinci Ay tutulması müşahidə edilib
08/09/2025