“Zəfər yolu” verilişinin otuz səkkizinci buraxılışı

03/11/2021

Bakı Dövlət Universitetinin Mədəniyyət-Yaradıcılıq Mərkəzi və Jurnalistika fakültəsinin tədris tele-radio studiyası Vətən müharibəsinin ildönümünə həsr olunmuş birgə “Zəfər yolu” layihəsinə start verib.
Layihə 27 sentyabr - Anım Günündən 8 noyabr - Zəfər Gününə qədər davam edəcək. Proqramlarda Vətən savaşında iştirak edən döyüşçülər müharibə zamanı döyüş əməliyyatları, düşmənin təslim olması, torpaqların işğal altından azad olunması ilə bağlı döyüş xatirələrini izləyicilərlə bölüşəcək.
Layihənin ideya müəllifi Mərkəzin rejissoru Vahid Orucoğludur. “Zəfər yolu” proqramı Nigar Qayyumun aparıcılığı ilə təqdim olunacaq. Proqramın buraxılışları BDU TV-də yayımlanacaq. Layihə çərçivəsində 44 veriliş təqdim olunacaq.
Layihənin otuz səkkizinci verilişində - II Qarabağ müharibəsi iştirakçısı Pərviz Əli keçdiyi döyüş yolundan bəhs edib.
“Zəfər yolu” verilişinin otuz səkkizinci buraxılışını sizə təqdim edirik: https://www.youtube.com/watch

Xəbərlər

BDU “Geoekologiya” ixtisaslaşması üzrə mütəxəssislər hazırlayacaq

BDU “Geoekologiya” ixtisaslaşması üzrə mütəxəssislər hazırlayacaq
02/07/2026

BDU biotibbi materiallar üzrə kadr hazırlığına başlayır

BDU biotibbi materiallar üzrə kadr hazırlığına başlayır
02/07/2026

BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi

BDU ilə Azərbaycan Milli Kitabxanasının Birinci Türkoloji Qurultayın 100 illiyinə tarixi töhfəsi
02/07/2026