“Zəfər yolu” verilişinin doqquzuncu buraxılışı

05/10/2021

Bakı Dövlət Universitetinin Mədəniyyət-Yaradıcılıq Mərkəzi və Jurnalistika fakültəsinin tədris tele-radio studiyası Vətən müharibəsinin ildönümünə həsr olunmuş birgə “Zəfər yolu” layihəsinə start verib.

Layihə 27 sentyabr - Anım Günündən 8 noyabr - Zəfər Gününə qədər davam edəcək. Proqramlarda Vətən savaşında iştirak edən döyüşçülər müharibə zamanı döyüş əməliyyatları, düşmənin təslim olması, torpaqların işğal altından azad olunması ilə bağlı döyüş xatirələrini izləyicilərlə bölüşəcək.

Layihənin ideya müəllifi Mərkəzin rejissoru Vahid Orucoğludur. “Zəfər yolu” proqramı Nigar Qayyumun aparıcılığı ilə təqdim olunacaq. Proqramın buraxılışları BDU TV-də yayımlanacaq. Layihə çərçivəsində 44 veriliş təqdim olunacaq.

Layihənin doqquzuncu verilişində - II Qarabağ müharibəsi iştirakçısı Sübhan Əliyev keçdiyi döyüş yolundan bəhs edib.

“Zəfər yolu” verilişinin doqquzuncu buraxılışını sizə təqdim edirik: https://www.youtube.com/watch?v=D8xBGsOnJbg

Xəbərlər

BDU-nun Kimya fakültəsi 60 nömrəli orta məktəbdə “Kimya gecəsi” keçirib

BDU-nun Kimya fakültəsi 60 nömrəli orta məktəbdə “Kimya gecəsi” keçirib
08/05/2024

BDU-da dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi barədə tədqiqatlar aparılır

BDU-da dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi barədə tədqiqatlar aparılır
08/05/2024

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konfrans
08/05/2024