Ziyad Səmədzadə tələbələr və professor-müəllim heyəti qarşısında çıxış etmişdir

18/09/2013

“Beynəlxalq münasibətlər və İqtisadiyyat” fakültəsində Milli Məclisin İqtisadi Siyasət Komissiyasının sədri, akademikZiyad Səmədzadə ilə görüş keçirilmişdir. Akademik Azərbaycanın iqtisadi inkişaf konsepsiyası ilə bağlı fakültənin tələbələri və professor-müəllim heyəti qarşısında çıxış etmişdir. Öz çıxışında o, Azərbaycanın son illərdə iqtisadi inkişafda əldə etdiyi nailiyyətlərdən,ümumi daxili məhsulun artım dinamikasından,  ölkənin valyuta ehtiyatlarından, Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərindən, həmçinin, bu yolda olan maneələrdən və tərəqqinin açarı olan iqtisadi siyasətdən bəhs etmişdir. Görüş həm tələbələr, həm də müəllimlər üçün maraqlı və əhəmiyyətli olmuşdur.

Fakültənin dekanı, professor Zeynal Həsənalıyev və kafedra müdiri, professor Amil Məhərrəmov dəvətlərini qəbul etdiyi üçün akademik Ziyad Səmədzadəyə minnətdarlıqlarını bildiriblər.

Mətbuat və informasiya şöbəsi, 18 sentyabr 2013-cü il.

Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026