İzmir Yüksək Texnologiyalar İnstitutunun rektoru BDU-da

05/12/2024

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyənin İzmir Yüksək Texnologiyalar İnstitutunun rektoru Yusuf Baranla görüşüb.

Görüş zamanı hər iki universitet arasında akademik əməkdaşlıq, birgə elmi tədqiqat və tələbə mübadiləsi imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.

BDU rektoru Elçin Babayev İzmir Yüksək Texnologiyalar İnstitutu ilə birgə layihələrin hər iki ali təhsil müəssisəsinin tələbələri üçün yeni imkanlar açacağını, regionda təhsilin və elmin inkişafına mühüm töhfə verəcəyini deyib.

İzmir Yüksək Texnologiyalar İnstitutunun rektoru Yusuf Baran isə bildirib ki, BDU ilə uğurlu əməkdaşlıq Azərbaycan və Türkiyənin elmi inkişafında, beynəlxalq səviyyədə rəqabətədavamlı mütəxəssislər yetişdirilməsində mühüm önəm daşıyır.

Rektorlar molekulyar biologiya və genetika, kimya və kimya mühəndisliyi, informasiya texnologiyaları və tətbiqi riyaziyyat sahələrində magistratura və doktorantura pilləsi üzrə ikili diplom proqramlarının yaradılması, molekulyar biologiya sahəsində kadr heyətinin İzmir Yüksək Texnologiya İnstitutunun Genom redaktəsi və Molekulyar biologiya laboratoriyalarında təlim keçməsi, BDU-nun dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirdiyi layihələrə İzmir Yüksək Texnologiyalar İnstitutunun professor-müəllim heyətinin cəlb edilməsi, iki universitetin tədqiqat infrastrukturundan birgə istifadə ilə bağlı konkret fəaliyyət planlarının hazırlanması və icrasına dair ilkin razılıq əldə ediblər.

Görüşün sonunda Yusuf Baran BDU-nun Elmi Kitabxanası və "Eko məkan"ı ziyarət edib.

Xəbərlər

Görkəmli ədəbiyyatşünas, şair, müəllim

Görkəmli ədəbiyyatşünas, şair, müəllim
08/05/2025

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir

BDU-da “Ekoloji cinayətlərlə mübarizə: hüquqi və təşkilati yanaşmalar” mövzusunda maarifləndirici tədbir
08/05/2025

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı
08/05/2025