Zəncan Universitetinin alimi BDU-nun SABAH qruplarının tələbələrinə ustad dərsi keçib

31/05/2022

Bakı Dövlət Universitetinin (BDU) SABAH mərkəzinin təşkilatçılığı ilə İran İslam Respublikasının Zəncan Universitetinin dosenti Hoda Nassira SABAH qruplarının tələbələrinə “Ağıllı polimerlər: baza bilikləri və tətbiqləri” (“Smart Polymers: Principles and Applications”) mövzusunda ustad dərsi keçib.

Ustad dərsində Hoda Nassira əvvəlcə müxtəlif suallarla tələbələrin polimerlər haqqında biliklərini öyrənib. Daha sonra polimerlər, onların növləri, əsas fiziki-kimyəvi xassələri haqqında ümumi məlumat verib.

Məruzəçi polimerlərin müasir tiplərindən olan ağıllı polimerlər, dünyada onlara olan tələbat və ehtiyac meyarları, tətbiq sahələrindən geniş bəhs edib. O, çıxışında qeyd edib ki, müxtəlif xarici təsirlərə, xüsusən də temperatur, işıq, elektrik və maqnit sahələri, mühitin turşuluq göstəricisinə qarşı öz fiziki-kimyəvi xassələrini dəyişən ağıllı polimerlər hazırda sensor, toxuculuq məhsulları, bioparçalanan qablaşdırma istehsalında tətbiq imkanlarına malikdir.

Xəbərlər

BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa

BDU-da “Cənubi Qafqazda yeni geosiyasi reallıqlar: Azərbaycanın strateji tərəfdaşlıqları və regional sülh gündəliyi” mövzusunda dəyirmi masa
27/11/2026

BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib

BDU-da “Təhsilə doğru motivasiya” adlı təlim keçirilib
27/11/2026

BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”

BDU-da təlim: ““LinkedIn” profilinin hazırlanması”
27/11/2026