“Özünüinkişaf və nitq mədəniyyəti” adlı elmi seminar keçirilib

07/12/2018

Jurnalistika fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılğı ilə “Özünüinkişaf və nitq mədəniyyəti” adlı elmi seminar keçirilib. Seminarı giriş sözü ilə açan TEC-in Jurnalistika fakültəsi üzrə rəhbəri, dosent Vəfa İsgəndərova qonaqları salamlayıb, keçirilən seminarın əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, ixtisasından asılı olmayaraq, tələbə-gənclər gələcəkdə uğur əldə etmək üçün özgüvənin inkişafı və nitq mədəniyyəti ilə bağlı geniş bilgiyə malik olmalıdırlar.
Daha sonra Baku Psychhology School-un rəhbəri, klinik psixoloq Xatirə Səfərova “Mindfulness – stress azaltma” proqramı haqqında danışıb, gənclərin şifahi nitqində ciddi qüsurların olduğunu, bunun tələbələrin dərs prosesi və tədbirlərdəki çıxışlarında özünü açıq şəkildə biruzə verdiyini, çoxsaylı üslub və orfoepik xətalara yol verdiklərini qeyd edib. Eyni zamanda bu kimi problemlərin aradan qaldırılması üsullarından nümunələr gətirib.
Müasir Psixologiya Mərkəzinin direktor müavini Aida Nəbiyeva özgüvən və nitq çatışmazlıqları haqqında ətraflı məlumat verib, tələbələrlə maraqlı praktik məşğələlər aparıb.
Mütəxəssis profayler Təbriz Hacınski davranış psixologiyası, insan profilinin analizi, bədən dili kimi məqamlara toxunub, tələbə-jurnalistlərlə düzgün sual vermək qaydaları ilə bağlı diskussiya aparıb.
Qeyd edək ki, seminarda Jurnalistika fakültəsinin müəllim və tələbə heyəti ilə yanaşı, universitetin digər fakültələrinin Tələbə Elmi Cəmiyyətlərinin üzvləri iştirak edib.
Tədbir tələbələrin çoxsaylı suallarını cavablandırılması ilə başa çatıb.

Mətbuat və informasiya şöbəsi, 07 dekabr 2018-ci il.

Xəbərlər

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb

BDU-nun 14 tələbəsi “PAŞA Holding”in “Əlaçı” təqaüdünə layiq görülüb
14/10/2026

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

BDU-da görkəmli riyaziyyatçı alim, professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub
14/10/2026

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü

BDU-da “Məzunun izində” layihəsinin növbəti görüşü
14/10/2026