“Zərli tac kamallı başa yaraşır” adlı bədii qiraət müsabiqəsinin təqdimat mərasimi keçirilib

23/05/2018

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə ustad aşıq Dədə Şəmşirin Ulu Öndər Heydər Əliyevə həsr etdiyi şeirlərdən ibarət “Zərli tac kamallı başa yaraşır” adlı bədii qiraət müsabiqəsinin təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə BDU-nun  kitabxanaçılıq-informasiya fakültəsinin  dosenti, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin İdarə Heyətinin üzvü Ələmdar Cabbarlı açıb. Bildirib ki, ustad aşıq Dədə Şəmşir sovet dövründə yaşayıb-yaradıb, lakin o, heç bir partiya və hökumət rəhbərinə əsər həsr etməyib. Yalnız ötən əsrin 70-ci illərində Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin ölkədə apardığı quruculuq işlərini görən Aşıq Şəmşir Heydər Əliyevə silsilə şeirlər həsr edib, əsərlərində xalqımızın böyük oğlunun obrazını yaradıb.

Sonra Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, BDU-nun professoru Şahlar Əsgərov çıxış edərək Ulu Öndərin tarixi xidmətlərindən söz açıb.

Daha sonra “Zərli tac kamallı başa yaraşır” adlı bədii qiraət müsabiqəsinin finalçıları Dədə Şəmşirin Ulu Öndərə həsr etdiyi şeirləri səsləndiriblər. Münsiflər Heyətinin üzvləri – Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, bədii qiraət ustası Ağalar Bayramov, şairə Fərqanə Mehdiyeva, tənqidçi Əsəd Cahahgir, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin əməkdaşı Həqiqət Şükürova və AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Qürbət Mirzəzadə iştirakçıları qiymətləndiriblər.

Qaliblərə İctimai Birlik adından diplom və mükafatlar təqdim edilib.

Tədbirin sonunda “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov çıxış edərək iştirakçılara İctimai Birliyin sədri Qənbər Qurbanovun adından minnətdarlığını bildirib. O, Ulu Öndər H.Əliyevin tarixi xidmətlərindən, onun siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib.

Mətbuat və informasiya şöbəsi, 23 may 2018-ci il

Xəbərlər

17 Noyabr - Milli Dirçəliş Günüdür

17 Noyabr - Milli Dirçəliş Günüdür
17/11/2024

Bu gün Beynəlxalq Tələbələr Günüdür

Bu gün Beynəlxalq Tələbələr Günüdür
17/11/2024

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”

BDU-da elmi seminar: “Yaşıl kitabxana konsepsiyası”
16/11/2024