Xəbərlər

BDU tələbələri yenə birinci oldular
Dekabrın 1-də  Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin  (BDU  THİK)  təşkilatçılığı ilə “Heydər Əliyev Məktəbi”ndə Parlament Jurnalistləri Birliyinin həyata keçirdiyi “Deputat-tələbə əməkdaşlığı” layihəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.
02/12/2011
Sosial elmlər və psixologiya fakültəsi 20 yaşını qeyd edib
Bu gün BDU-da Sosial elmlər və psixologiya (SEP) fakültəsinin yaranmasının 20 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
30/11/2011
Abel Məhərrəmov çexiyalı qonaqları qəbul edib
BDU-nun rektoru, akademik Abel Məhərrəmov Çexiyanın Kimya Texnologiyası İnstitutunun Tədqiqat və İnkişaf üzrə prorektoru Milan Pospişıli, Biokimya və Mikrobiologiya kafedrasının müdiri professor Katerjina Demnerovanı və Beynəlxalq əlaqələr departamentinin müdiri Dr. Hana Opatovanı qəbul edib.
29/11/2011
Rektor Moskvada səfərdə olub
BDU-nun rektoru, akademik Abel Məhərrəmov Rusiyanın təhsil və elm sahəsinin təməlini qoyan, Moskva Dövlət Universitetinin təsisçisi M.V.Lomonosovun 300 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə Moskvada səfərdə olub. Rektor, eyni zamanda, M.V.Lomonosovun yubileyi çərçivəsində Moskvada keçirilən Avrasiya Universitetləri Assosiasiyanın  XII qurultayında da iştirak edib.
29/11/2011
Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi öz xeyirxah missiyasını davam etdirir
BDU Tələbə Həmkarlar İttifaqı Komitəsi hər zamankı  kimi öz xeyirxah mövqeyinə sadiq qalaraq “Uşaqlar gələcəyimizdir” adlı möhtəşəm xeyriyyə konserti keçirib.
29/11/2011
BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin növbəti xeyriyyə aksiyası da uğurlu alındı
28 noyabr 2011-ci il tarixində BDU THİK-i talasimiyalı və hemofiliyalı xəstələrə yardım məqsədi ilə qanvermə aksiyası keçirib.
29/11/2011
Abel Məhərrəmov İordaniyanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin Baş katibini qəbul edib
BDU-nun rektoru İordaniyanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin Baş katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mustafa əl-Advanı qəbul edib.
25/11/2011
BDU-da Sinxay inqilabının 100 illiyi qeyd edilib
Bu gün Bakı Dövlət Universitetində Sinxay inqilabının 100 illiyi münasibətilə elmi konfrans keçirilib.
24/11/2011
Türk Dünyası xalqlarının II Hüquq qurultayı keçirilib
Noyabrın 13-16-da İstanbul şəhərində Türk Dünyası xalqlarının II Hüquq qurultayı keçirilib.
23/11/2011
BDU-da İslam Dünya Elmi İstinad Mərkəzinin türk dilli ölkələri üzrə filialı açılacaq
Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov İslam Dünya Elmi İstinad Mərkəzinin Prezidenti, İran İslam Respublikasının Elm və Texnologiya Regional İnformasiya Mərkəzinin rəhbəri, Şiraz Universitetinin Sosial Elmlər fakültəsinin kitabxana və informasiya elmləri üzrə professoru Cəfər Mehradı qəbul edib.
23/11/2011
Tokyo Boeki Ltd-nin nümayəndələri BDU-da
Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Yaponiya firması olan Tokyo Boeki Ltd-nin nümayəndələrini qəbul edib.
22/11/2011
Ekologiya və Torpaqşünaslıq Fakultəsində Həmkarlar İttifaqı Komitəsi yaradılıb
Bu gün Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq Fakultəsində Həmkarlar İttifaqı Komitəsinin təsis iclası keçirilib.
21/11/2011
BDU-da “Müstəqil Azərbaycanda dini təhsil” mövzusunda konfrans keçirilib
Bu gün Bakı Dövlət Universitetində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlər Komitəsinin Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsidə “Müstəqil Azərbaycanda dini təhsil” mövzusunda konfrans keçirilib.
16/11/2011
BDU-da II Respublika elmi-metodiki konfransı başlayıb
Bu gün BDU-da “Müasir şəraitdə ümumtəhsil məktəblərində tədrisin keyfiyyətini yüksəltmək yolları” mövzusunda II respublika elmi-metodiki konfransı öz işinə başlayıb
14/11/2011
Abbas Zamanovun 100 illik yubileyi münasibətilə tədbir keçirilib
Bakı Dövlət Universitetində görkəmli alim Abbas Zamanovun anadan olmasının 100 illik yubileyi böyük təntənə ilə qeyd edilib. Tədbiri giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov Abbas Zamanovun həyatının böyük bir hissəsinin Bakı Dövlət Universiteti ilə bağlı olduğunu deyib.
14/11/2011
Abel Məhərrəmov beynəlxalq layihənin iştirakçılarını qəbul edib
Bu gün BDU-nun rektoru Tempus layihəsi çərçivəsində Vestminster Universitetinin professoru və İngiltərə Tempus layihəsinin Koordinatoru Nino Porakişvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
12/11/2011
BDU tələbələri qan veriblər
Bu gün BDU-nun nəzdində fəaliyyət göstərən 30 saylı şəhər poliklinikasında Konstitusiya gününə həsr olunmuş qanvermə aksiyası keçirilib.
12/11/2011
Elmi Şuranın növbəti iclası keçirilib
Bu gün BDU Elmi Şurasının növbəti iclası keçirilib.
11/11/2011
Prorektor Aydın Kazımzadə beynəlxalq forumda iştirak edib
Astana şəhərində Qazaxstan Respublikasının müstəqilliyinin 20 illiyinə və M.V.Lomonosov adına MDU-nun Qazaxıstan filialinin yaradılmasının 10 illiyinə həsr edilmiş Beynəlxalq Forum keçirilmişdir.
10/11/2011
Abel Məhərrəmov Zoya Zaytsevanı qəbul edib
Bu gün BDU-nun rektoru Böyük Britaniyanın QS Agentliyinin Dünya Universitetlərinin Keyfiyyət Standartlarının reytinqi üzrə marketinq direktoru xanım Zoya Zaytsevanı qəbul edib.
04/11/2011