Xəbərlər

Yubileylə bağlı təqvim nəşr olundu
Universitetin 90 illikyubileyiiləbağlıhəyatakeçiriləcəkçoxşaxəlilayihələrdənbiridəonuntarixinivəuğurlarınıözündəəksetdirənkitabların, fotoalbomların, bukletlərin, təqvimlərinnəşriiləbağlıdır.
22/01/2009
Varşava Universitetinin rektoru BDU-da oldu
29 may 2008-ci il tarixində VarşavaUniversitetinin rektoru prof. Katazina Çalasinska-Masukov və onu müşayiət edən qonaqlar Bakı Dövlət Universitetində oldular. BDU-nun rektoru akad. Abel Məhərrəmov qonaqları qəbul etdi və iki universitet arasında qarşılıqlı əməkdaşlıq haqqında müzakirələr aparıldı, elm və təhsil sahəsində əməkdaşlıq müqaviləsi imzalandı...
15/12/2008
Çağdaş türk ədəbiyyatının aynası
Səmihə Ayverdidən, Əzizə Cəfərzadədən sonra Turk dünyasını daha çox dolanan, həm də Türk dünyasına şərəf-şan gətirən Tamella xanımı Türkiyədə dosent-doktor Tamella Əliyeva kimi tanıyır və sevirlər. Mənsub olduğu xalqa, məmləkətə daha çox xeyirli və gərəkli olduğunu sübut edən bu xanım ədəbiyyata, elmə və müqəddəs müəllim adına qadın sığalı, ana məhəbbəti gətirdi...
15/11/2008
Yubiley mərasimləri qeyd olundu
Yeni tədris ilinin ilk ayında yubilyarlarla görüşən rektor,akademik A.M.Məhərrəmov onların elmi-pedaqoji və ictimai fəaliyyəti ilə yaxından maraqlandı...
20/10/2008
Milli dövlətçilik tariximizin unudulmaz səhifələrindən biri oktyabırn 15-də yazıldı
Hər bir seçkinin ən böyük uğuru ilk növbədə seçicilərin fəal iştirakıdır. BDU-da yerləşən 16 saylı Yasamal ikinci seçki dairəsinin XI məntəqəsi seçicilərin iştirak payına və nəticəyə görə birincilik əldə etdi.Daimi seçiçi siyahısından 1483 nəfərin iştirak etdiyi seçkidə 1438 etibarlı səs qeydə alındı. MSK tərəfindən qeydiyyata alınan yeddi namizədi arasında 1300 səsi məntəqədən cənab İlham Əliyev toplayaraq birinci pillədə qərarlaşıb...
15/10/2008
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılış oldu
Azərbaycan-Rusiya elmi, mədəni və ictimai-siyasi əlaqələrində yeni mərhələ hesab olunan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının açılışı oktyabrın 4-də baş tutdu. Azərbaycan Nəfəsli Alətlər Orkestrinin ifasında müxtəlif musiqilərin müşayiəti ilə başlanan mərasimi filialın rektoru, professor Nərgiz xanım Paşayeva açdı...
04/10/2008
MİR CƏLALIN 100 İLLİYİNƏ HƏSR OLUNAN TƏNTƏNƏLİ YUBİLEY GECƏSİ KEÇİRİLDİ
Ömrünü milli-mənəvi dəyərlərimizin, ədəbiyyatımızın, pedaqoji fikir tariximizin inkişafına həsr edən yazıçı, alim, müəllim Mir Cəlalın 100 illik yubiley ili çərçivəsində keçirilən tədbirin biri də oktyabrın 3-də M.Moqamayev adına Azərbaycan Dövlət Filarmoniyasında gerçəkləşdi. Mir Cəlal müəllimin nəvəsi, professor Nərgiz xanım Paşayevanın qaibanə nitqi ilə açılan gecədə Fikrət Əmirovun musiqisi əsasında hazırlanan «Mir Cəlalı yad edərkən» kompozisiyası nümayiş olundu...
03/10/2008
«Gənc istedadlar» litseyində bayram mərasimi keçirildi
Sentyabrın 15-də Bilik günü münasibətilə Universitetimizin nəzdində fəaliyyət göstərən «Gənc istedadlar» litseyində bayram mərasimi keçirildi. Tədbiri giriş sözü ilə açan litseyin direktor müavini Çingiz Cəlilov iştirakçıları yeni dərs ili münasibətilə təbrik etdi. Dövlət himni səsləndikdən sonra litseyin direktoru Qasım Hüseynov çıxış edərək rəhbərlik etdiyi tədris müəssisəsinin fəaliyyətindən danışdı, bildirdi ki, litseynin 8-9-cu siniflərində 460 şagird təhsil alır...
15/09/2008
Rus mərkəzinin təməli qoyuldu
Avqustun 28-də «Rus fondu»nun sədr müavini Sergey Morqunov və onun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-nun ziyarətində oldu. Qonağı salamlayan akademik Abel Məhərrəmov universitenin tarixindən, keydiyi şərəfli yoldan və əldə etdiyi nailiyyətdən danışdı. Qonaq da öz növbəsində mərkəzi ofisi Moskvada yerləşən «Rus fondu»nun fəaliyyət prinsiplərindən və məqsədlərindən danışdı. Bəlli oldu ki, MDB-nin bir sıra dövlərində, xüsusən də orta Asiyada, Qazaxıstanda, Ermənistanda bölmələri fəaliyyət göstərən mərkəzin Bolqarıstanda və ABŞ-da da nümayəndəlikləri mövcuddur...
28/08/2008
Yaponiya parlamentinin üzvü, xanIm Akiko Yamanaka BDU-da oldu
Təhsilin Avropa dəyərlərinə inteqrasiyası həm də Şərqlə qərbin bir-birinə inteqrasiyası üzərində qurulur. Yaponiya kimi inkişaf etmiş bir dövlətlə elmi əlaqələr qurmaq, ən müasir texnologiyaları vətənə gətirmək indi dünyanın inkişaf etmiş dövlətlərinin belə maraq dairəsindədir. Yaponiyanın Azərbaycana marağının mahiyyətində isə heç şübhəsiz ki, milli-mənəvi dəyərləri, maddi-mədəniyyət inciləri, elmi yenililkləri ilə bəşəri dəyərlərə töhfələr verən bir ölkəyə sayğı ilə bağlıdır. Bu fikirlər Yaponiya parlamentinin üzvü, xanım Akiko Yamanakanın Universitetə səfəri zamanı...
09/06/2008
TürkmənistanIn Prezidenti Cənab Qurbanqulu Berdimuhammedov BDU-da oldu
Türkmənistan Prezidentinin iki günlük səfəri çərçivəsində Azərbaycanın aparıcı elm ocağına gəlməsi, ona universitetin fəxri doktor adı verilməsi böyük əhəmiyyətə malikdir. Bakı Dövlət Universitetinin tələbə və müəllim heyəti qarşısında çıxış edən Prezident Berdimuhammedovun, «Türkmənistan və Azərbaycanın elm və təhsil sahələrində əmakdaşlığı, iki ölkə arasındakı münasibətətlərin möhkəmləndirilməsilə yanaşı ortaq köklərə malik olan iki qardaş xalqın rifahına da xidmət göstərəcək» deyə bildirməsi...
20/05/2008
Azərbaycan elm tarixində ilk elmi jurnaldIr ki, Thomson reytinq cədvəlinə düşüb.
Bakı Dövlət Universitetinə sevindirici bir xəbər daxil olub. Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu da təsisçi olduğu “Applied and Computational Mathematics” beynəlxalq jurnalı elmi məqalələrə istinad kriteriyası üzrə qiymətləndirilərək baş ofisi ABŞ-da yerləşən «Thomson Reuters Agency» təşkilatının reytinq cədvəlinə daxil edilmişdir...
14/05/2008
«Heydər Əliyevi AraşdIrma Mərkəzi»nin təməli qoyuldu
Mayın 5-də Bakı Dövlət Universiteti ilə İstanbul Aydın Universitetləri Şəbəkəsi arasında «Heydər Əliyevi Araşdırma Mərkəzi»nin yaradılması haqqında niyyət protokolu imzalandı. Sənəd Heydər Əliyev irsinin daha geniş öyrənilməsi, beynəlxalq aləmdə təbliğ edilməsi və araşdırılması məqsədilə imzalandı.
05/05/2008
KoreyanIn Baş nazirinin müavini cənab Kim Şinil BDU-nu ziyarət etmişdir...
Koreyanın Baş nazirin müavini cənab Kim Şinil və onu müşayiət edən Koreya Təhsil və İnsan Ehtiyatlarının İnkişafı nazirliyinin idarə rəisi cənab Li Byong-Nyun, Baş katibi Han Sang Şin, Beynəlxalq təhsil üzrə sektorun direktor müavini xanım Na Hyun-Ju, Beynəlxalq təhsil üzrə sektorun əməkdaşı Kim Ki Min, Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lyu Kvank-Çul və səfirliyin I katibi Çoy Yanqbe BDU-da olmuşdur...
25/01/2008
BDU-da universitetimizin sabiq rektoru, əməkdar elm xadimi M.S.Əliyevin 100 illiyii keçirildi
Elm, təhsil işçilərinin, universitetin professor-müəllim və tələbə kollektivinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan BDU-nun rektoru, millət vəkili, akademik Abel Məhərrəmov Mehdi müəllimin əziz xatirəsini anaraq, gələn qonaqları salamladı. Adlarını əməlləri, fəaliyyətləri ilə xalqımızın tarixinə yazmış insanların yubileylərinin universitetimizdə həmişə qeyd olunduğunu söyləyən rektor A.Məhərrəmov Mehdi müəllimin xalq qarşısındakı xidmətlərindən danışdı. Bildirildi ki, M.Əliyevin məsul vəzifələrdə səylə çalışdığı uzun illər ərzində onun fədakar əməyi, yüksək təşkilatçılıq məharəti sayəsində elm və təhsilimizdə mühüm nailiyyətlər əldə edilib...
14/11/2007
SEP
01/01/1970
ƏYYUB QULİYEV 70
ƏYYUB QULİYEV 70
01/01/1970
HUQUQ
01/01/1970
HÜQUQ ANIM
01/01/1970
01/01/1970