Bakı Dövlət Universitetində EnterpriseAzerbaijan portalının startap təlimi keçirilib

25/04/2019

Bakı Dövlət Universitetində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin EnterpriseAzerbaijan.com portalı Azərbaycan Respublikası Vergilər Nazirliyinin dəstəyi ilə “Startupa necə başlamalı? İqtisadi, hüquqi və təşkilati əsaslar” mövzusunda startap təlimi  keçirilib.

Təlimin əvvəlində çıxış edən BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə tələbələri bu layihədə fəal olmağa səsləyib, onları layihənin iqtisadi yöndə sərgilədiyi imkanlardan düzgün yararlanmağa dəvət edib.

Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov çıxışında 2019-cu ildən etibarən vergi sistemindəki yeniliklər, cari ildən vergi məcəlləsinə edilən güzəştlər və əlavələr barədə dinləyiciləri məlumatlandırıb. H.Qasımov mikro sahibkarlıq, o cümlədən biznesə başlamaq istəyən startapçılar üçün yaradılan imkanlardan söz açıb.

Təlimdə iştirak edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndəsi Oruc Dursunzadə British Council-ın “Kreativ qığılcım” layihəsi, layihənin məqsədi, tərəfdaşları, o cümlədən layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat verib.

Azexport.az portalının rəhbəri Zaur Qardaşov portalın əməkdaşlıq etdiyi Beynalxalq Ticarət Mərkəzinin  “Amazonla qazan” layihəsi haqqında iştirakçıları məlumatlandırıb. O bildirib ki, layihə çərçivəsində seçilmiş startapçılar enterpriseazerbaijan.com portalının inkubasiya mərkəzindən yararlana bilərlər.

Təlimin davamında iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Mətbuat və informasiya şöbəsi, 25  aprel 2019-cu il.


Xəbərlər

Müstəqilliyimizin əbədi rəmzi

Müstəqilliyimizin əbədi rəmzi
09/11/2026

Milli qürur günümüz

Milli qürur günümüz
08/11/2026

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ

Tarixi Zəfər, Milli həmrəylik və dövlətçilik məsuliyyəti – MƏQALƏ
08/11/2026